Bank Of Baku

Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək

Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək
# 15 dekabr 2010 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 16-17-də Bakı şəhərində “Türkdilli xalqların musiqi alətləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən birgə təşkil olunacaq.
Simpozium plenar və bölmə iclaslarından ibarət olacaq. Simpoziumun rəsmi dilləri – Azərbaycan, ingilis və rus dilləridir. Simpozium başa çatdıqdan sonra məruzələrin məcmusunun nəşri nəzərdə tutulub. Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosoflarının iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR