Bank Of Baku

Jerar Depardye Qəbələ rayonunda olub

Jerar Depardye Qəbələ rayonunda olub
# 15 dekabr 2010 17:31 (UTC +04:00)
Qəbələ-Şahnəzər Bəşirov-APA. Fransanın məşhur aktyoru Jerar Depardye dekabrın 15-də Qəbələ rayonuna səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə qonaq gəzinti xarakterli səfər çərçivəsində rayondakı “Beltman” piano fabrikində olub, orada istehsal prosesi ilə yaxından maraqlanıb. Aktyor “Gilan” Holdinqin Qəbələ konserv zavodu, Nic qəsəbəsindəki Alban məbədi ilə də yaxından tanış olub. Qonaq rayondakı “Qafqaz Resorte”, “Qafqaz Riverside” otellərini və “Qafqaz Gənclik” İstirahət Mərkəzini və parkları gəzib, Qəbələnin səfalı və istirahət etmək üçün gözəl bir məkan olduğunu vurğulayıb. Jerar Depardyeyə xatirə hədiyyəsi kimi xalça təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR