Bank Of Baku

“Kinooperator Kənan Məmmədov” kitabı nəşr olunub

“Kinooperator Kənan Məmmədov” kitabı nəşr olunub
# 16 dekabr 2010 12:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın tanınmış kinooperatoru, əməkdar incəsənət xadimi Kənan Məmmədov haqqında “Kinooperator Kənan Məmmədov” kitabı nəşr olunub. APA-nın məlumatına görə, kitabın müəllifi kinoşünas Aydın Kazımzadədir.

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən tədqimatda çıxış edən A. Kazımzadə K. Məmmədovun öz işinin ustası olduğunu deyib: “Kənan Məmmədov hər zaman işinin başındadır və yorulmadan çalışır. Elə bu səbəbdən də mən onun haqqında kitab yazmaq qərarına gəldim. Bu kitab üzərində beş ilə yaxın işləmişəm, çünki Kənanın səfərləri çox olurdu”.

Kənan Məmmədov kitaba görə təşəkkürünü bildirib və bu nəşrdən çox razı qaldığını vurğulayıb.

Tədbirdə bildirilib ki, kitabdan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri dərslik kimi də istifadə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR