Bank Of Baku

Tiflisdə azərbaycanlı məktəblilərin rəsm əsərlərinin sərgi-müsabiqəsi keçirilib – FOTOSESSİYA

Tiflisdə azərbaycanlı məktəblilərin rəsm əsərlərinin sərgi-müsabiqəsi keçirilib – <font color=red>FOTOSESSİYA</font>
# 16 dekabr 2010 13:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdəki “Kopala” sərgi salonunda Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məktəbli rəssamların "Odlar Yurdu" mövzusunda sərgi-müsabiqəsi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgini Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açaraq sərgi-müsabiqəyə 30-dan çox Azərbaycandilli məktəbdə təhsil alan şagirdlərin 300-ə qədər rəsm əsərinin təqdim olunduğunu bildirib. Sonra Tiflis İncəsənət Akademiyasının rektoru, sərgi-müsabiqənin münsiflər heyətinin sədri Georgi Buğadze çıxış edərək gənc rəssamların əsərlərinin keçən illərdən müsbət mənada fərqləndiyini deyib.

Müsabiqədə Marneulidə fəaliyyət göstərən Ayvaz Həsənov adına Alget liseyinin XI sinif şagirdi Sevil Nəbiyeva birinci yerə, Böyük Muğanlı kənd orta məktəbinin XI sinif şagirdi Jalə Budaqova və Tiflisdəki 123 saylı ümumi məktəbin X sinif şagirdi Çingiz Qurbanov ikinci yerə, Marneulidəki 3 saylı orta məktəbin şagirdləri Gülnar Yusifova, Fəridə Nazıyeva və Elvina Talıbova isə üçüncü yerə layiq görülüblər. Məktəbli rəssamlara televizor, DVD və fotoaparatlar, həmçinin diplomlar və həvəsləndirici hədiyyələr təqdim olunub.

Tədbirdə İraqın Gürcüstandakı səfiri Məhəmməd Taib, Qazaxıstanın Gürcüstandakı səfiri İqar Müsəllimov, Azərbaycandilli məktəblərin direktorları və məktəblilər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR