Bank Of Baku

“Azərbaycanfilm”in yeni loqotipi hazırlanacaq

“Azərbaycanfilm”in yeni loqotipi hazırlanacaq
# 20 dekabr 2010 07:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni loqotipi hazırlanacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə kinostudiya müsabiqə elan edib. Loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır. Qalib işin müəllifinə 1000 manat dəyərində mükafat veriləcək. Müsabiqəyə işlər 2011-ci il fevralın 1-dək “Azərbaycanfilm” kinostudiyasında qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR