Bank Of Baku

Bakıda keçirilən IV Rostropoviç Beynəlxalq Musiqi Festivalı başa çatıb

Bakıda keçirilən IV Rostropoviç Beynəlxalq Musiqi Festivalı başa çatıb
# 20 dekabr 2010 08:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən IV Rostropoviç Beynəlxalq Musiqi Festivalının qapanış mərasimi keçirilib. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən qapanışda İsrail Filarmonik Orkestri konsertlə çıxış edib.

Tamaşaçıları salamlayan orkestrin bədii rəhbəri və dirijoru Zubin Meta Mstislav Rostropoviçlə uzun illər dostluq etdiyini və ondan çox şey öyrəndiyini söyləyib: “O, tez-tez mənə doğma vətəni Azərbaycana gəlməyi məsləhət görürdü. Çox sevinirəm ki, bu gün onun adını daşıyan belə möhtəşəm bir festivalda çıxış edirəm. Mən Bakıda olmaqdan qürur duyuram. Burada sənətə və sənətkara göstərilən böyük hörmətin şahidi oldum. Azərbaycan xalqının musiqiyə olan sevgisi məni valeh etdi. Bu xalqın olduqca gözəl və zəngin mətbəxi də var”.

Heydər Əliyev Sarayının foyesində M. Rostropoviçin həyat və yaradıcılığından bəhs edən sərginin nümayişi də təşkil edilib.

Festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR