Bank Of Baku

Siyavuş Aslan: “Özümü yaxşı hiss edirəm”

Siyavuş Aslan: “Özümü yaxşı hiss edirəm”
# 20 dekabr 2010 13:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Beyin qan dövranının kəskin pozulması diaqnozu ilə Xüsusi Müalicə Sağlamlıq Kompleksində müalicə olunan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Siyavuş Aslan özünü yaxşı hiss edir. Bunu APA-ya açıqlamasında aktyorun özü deyib. O, müalicəsinin yaxşı getdiyini söyləyib: “Yaxşıyam. Şükür, özümü yaxşı hiss edirəm. Televizora baxıram. Səhnə üçün darıxmamışam, ancaq sizlər üçün çox darıxıram”.

Qeyd edək ki, xalq artisti Siyavuş Aslan dekabrın 11-də beyin qan dövranının kəskin pozulması diaqnozu ilə Xüsusi Müalicə Sağlamlıq Kompleksinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR