Bank Of Baku

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işçi qrupunun iclasında Azərbaycanın bir şəhərinin mədəniyyətlərarası şəhər seçilməsi təklifi irəli sürülüb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işçi qrupunun iclasında Azərbaycanın bir şəhərinin mədəniyyətlərarası şəhər seçilməsi təklifi irəli sürülüb
# 21 dekabr 2010 08:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Strasburqda Avropa Şurasının qərargahında 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri, Avstriya Federal Mədəniyyət və Təhsil Nazirliyinin şöbə müdiri Norbert Riedl və müstəqil ekspert Robin Vilson, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov və həm Avropa Şurası, həm də UNECKO yanında daimi nümayəndəliklərin əməkdaşları iştirak ediblər. İclas zamanı forumun gündəliyi, konsepsiya sənədi, əlavə təşkil ediləcək tədbirlər barədə müzakirələr aparılıb.
Müzakirələr nəticəsində forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların, tədbiri dəstəkləyən beynəlxalq qurumlar tərəfindən təşkili və müvafiq moderatorlarla təmin etmələri, həmçinin tədbirin konsepsiya sənədinin sistemli şəkildə hazırlaranaq iştirakçılara göndərilməsi razılaşdırılıb. Bununla yanaşı, forum çərçivəsində Avropa Şurasının “Mədəniyyətlərarası şəhərlər” proqramının qlobal bir layihə kimi təsis edilməsi və həmin şəhərlərin rəhbərlərinin ayrıca görüşünün təşkil edilməsi, həmçinin Azərbaycanın bir şəhərinin mədəniyyətlərarası şəhər seçilməsi üçün təqdim edilməsi, Avropa Şurası Şimal-Cənub Mərkəzinin Avropa think-thank görüşünün təşkili barədə ümumi razılıq əldə olunub. İclasda forumun təşkili və sənədlərin hazırlanması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək bütün tədbirlərin 2011-ci ilin yanvarın sonuna kimi yekunlaşdırılması və fevral ayının əvvələrində İşçi qrupun növbəti iclasında təqdim edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR