Bank Of Baku

Azərbaycanın nağıl-müzikl janrında çəkilmiş ilk animasiya filmlərindən olan “Onun ürəyi”nin təqdimatı keçiriləcək

Azərbaycanın nağıl-müzikl janrında çəkilmiş ilk animasiya filmlərindən olan “Onun ürəyi”nin təqdimatı keçiriləcək
# 17 yanvar 2011 13:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 2-də - Gənclər Günündə Heydər Əliyev Sarayında Azərbaycanın nağıl-müzikl janrında çəkilmiş ilk animasiya filmlərindən olan “Onun ürəyi” adlı yeni ekran əsərinin təqdimatı keçiriləcək. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunmuş “Onun ürəyi” filmində Azərbaycanda ilk dəfə kompüter qrafikası ilə yaradılmış qəhrəmanları aktyorlar səsləndirəcəklər.

“ART Qlobal Production”ın iştirakı ilə lentə alınmış animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Samir Kərimoğlu, direktoru Mahir İbrahimov, bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, kompüter qrafikasının tərtibatçısı Tural Səfərovdur. Filmdə əsas rolları əməkdar artist Təvəkkül Əliyev, gənc aktyor Murad Abdullayev, müğənnilər Aysel İbrahimova, Aygün Rəhimova, Aysel və Aytac İsayeva bacıları səsləndirirlər. Xeyirlə şərin mübarizəsindən bəhs edən 25 dəqiqəlik animasiya filmi müasir 3D formatlı kinoteatrlarda nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR