Bank Of Baku

Eldar Quliyev: “70 illik yubileyimin keçirilməsi təklif olundu, mən istəmədim” - FOTO

Eldar Quliyev: “70 illik yubileyimin keçirilməsi təklif olundu, mən istəmədim” - <font color=red>FOTO</font>
# 18 yanvar 2011 09:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Eldar Quliyevin 70 illik yubileyidir. Kinorejissor APA-ya açıqlamasında özünü yaxşı hiss etdiyini və bu günü öz yaxınları ilə birgə keçirəcəyini deyib: “Özümə arzularım çoxdur. Amma mən arzularımı deyəndə onlar həyata keçmir. Yubileyimi dostlarım, ailəmlə bir yerdə qeyd edəcəyik. Yalnız görmək istədiyim insanlar 70 yaşımı mənimlə birgə keçirəcəklər”.

Eldar Quliyev 70 illiyinin təntənəli şəkildə qeyd olunmayacağını vurğulayıb: “Yubileyimin keçirilməsi təklif olundu. Amma mən bunu istəmədim və təklifi qəbul etmədim. Bu gün mənim ad günümdür, istədiyim kimi qeyd edirəm. Yubileyim təntənə ilə qeyd olunmayacaq, mənim üçün təntənə bu günü dostlarımla qeyd etməkdir, elə onlarla da bu günü həyat tariximə yazmaq istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR