Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir keçirilib

Gənc Tamaşaçılar Teatrında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir keçirilib
# 18 yanvar 2011 14:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir keçirilib. APA-nın məlumatıan görə, teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” məclisinin birgə layihəsi əsasında təşkil olunan tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan vətən övladlarının xatirəsinə həsr olunub.

Dövlət Himninin səsləndirilməsindən sonra 20 yanvar hadisələrini əks etdirən qısametrajlı film nümayiş olunub. Daha sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova və Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti, İngiltərənin Edinburq Universitetinin professoru, filosof, şair Qulam Rza Səbri Təbrizi, Dünya Azərbaycalıları Konqresinin Həmsədri Paşa Qəlbinur çıxış ediblər.

Rəsmi hissədən sonra teatrın böyük səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR