Bank Of Baku

Bakıda II Beynəlxalq Muğam Festivalı keçiriləcək

Bakıda II Beynəlxalq Muğam Festivalı keçiriləcək
# 21 yanvar 2011 13:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 14-dən 21-ə qədər Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda II Beynəlxalq Muğam Festivalı keçiriləcək. Bu barədə APA-ya məlumat verən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, artıq festivala qatılmaq üçün müxtəlif ölkələrdən müraciətlər var. Hazırda həmin müraciətlərə baxılır.

Festivalın açılış mərasiminin martın 14-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur. F. Əlizadə deyib ki, 8 günlük festival çərçivəsində Bəstəkarlar İttifaqında “Azərbaycan muğamının dostları ilə görüş-konsert” və UNESCO səviyyəsində simpozium keçiriləcək. Fevralda isə II Beynəlxalq Muğam Festivalının simpoziumu ərəfəsində “Şərqin muğam-məqam sistemləri” adlı elmi konfrans olacaq. İttifaq sədrinin sözlərinə görə, müsabiqənin formatında dəyişiklik edilməyib. Belə ki, ilk müsabiqədə olduğu kimi, bu dəfə də festival müddətində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Lakin müsabiqənin münsiflər heyətinin tərkibi hələ məlum deyil. Münsiflər heyətində yerli sənət adamları ilə yanaşı, xarici mütəxəssislər də təmsil olunacaq ki, hazırda onların adları müəyyənləşdirilir.

Xatırladaq ki, I Beynəlxalq Muğam Festivalı 2009-cu ildə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR