Bank Of Baku

Akademik Milli Dram Teatrının yeni saytı fevralda fəaliyyətə başlayacaq

Akademik Milli Dram Teatrının yeni saytı fevralda fəaliyyətə başlayacaq
# 25 yanvar 2011 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni internet saytı üzərində son tamamlama işləri aparılır. Sayt fevralın ilk ongünlüyünə qədər internet istifadəçilərinin ixtiyarına veriləcək. Bu barədə APA-ya teatrın truppa müdiri Elnur Məmmədov məlumat verib. O bildirib ki, dizaynı və unikallığı ilə digərlərindən seçiləcək saytda bir neçə bölmə olacaq. Hər bölmədə xəbərlər daim yenilənəcək.

Saytda teatr haqqında ümumi bilgilər, tamaşalar, aktyorlar, festivallar, qastrol səfərləri haqqında məlumatlar bölmələr üzrə yerləşdirilib. Hər aktyorun həyat və yaradıcılığı, oynadığı rollar barədə informasiyalar və fotolar tapmaq mümkün olacaq. Mətbuat bölməsində Akademik Milli Dram Teatrı ilə bağlı yazılan bütün xəbərlər, məqalələr toplanacaq. Bundan başqa, video və foto qalereya da fəaliyyət göstərəcək.

Elnur Məmmədov deyib ki, sayt hazır olduqdan sonra təqdimat mərasimi keçiriləcək: “Sayt demək olar ki, hazırdır, üzərində son işlər aparılır. Düşünürəm ki, çox maraqlı bir sayt olacaq və fərqliliyi ilə seçiləcək. Dəyişməsə, saytı elə əvvəlki ünvanda, www.azdrama.az-da olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR