Bank Of Baku

Milli musiqi alətlərinin mahir ustası Balabəy Balabəyov: “Emalatxanamın yanması mənə çox pis edir” – FOTO

Milli musiqi alətlərinin mahir ustası Balabəy Balabəyov: “Emalatxanamın yanması mənə çox pis edir” – <font color=red>FOTO </font>
# 25 yanvar 2011 16:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Emalatxanam yanarkən yeni düzəltdiyim musiqi alətlərini xilas edə bildilər, ancaq yanan musiqi alətləri də çox oldu. Onları xilas etmək mümkün olmadı. 25 il idi orada işləyirdim. Emalatxanamın bütünlüklə yanması və dağılması mənə çox pis təsir edir”. Bu sözləri APA-ya açıqlamasında yanvarın 23-də emalatxanasında partlayış baş verən musiqi alətləri ustası Balabəy Balabəyov deyib. O bildirib ki, həmin gün emalataxanada işığı yandırarkən qaz balonu partlayıb: “Emalatxanaya girəndə qaz iyi hiss etdim. İşığı yandırmağımla partlayış baş verdi. Üzüm və əllərim yanıb. Hazırda 5 nömrəli xəstəxanada müalicə olunuram. 3-cü dərəcəli yanıq xəsarətləri almışam və həkimlər bildirdilər ki, 40 gün xəstəxanada qalmalıyam. Allahın köməkliyi ilə bəlkə tez çıxdım. Yaxşı ki, həmin vaxt ailəm emalatxanaya yaxın idi, məni və bir neçə musiqi alətini xilas edə bildilər”.

B. Balabəyov yanğından sonra üzünün tamamilə dəyişdiyini, bu səbəbdən heç yerdə görünmək istəmədiyini söyləyib: “Məni kim görsə tanımayacaq. Ona görə də heç yerə çıxmaq istəmirəm. Görək zaman keçəndən sonra necə olacaq. Əllərim yandığından yəqin ki, bir müddət işləyə bilməyəcəyəm. Amma Allahın köməkliyi ilə yenidən milli musiqi alətlərimizi düzəldəcəyəm”.

Qeyd edək ki, B. Balabəyovun emalatxanası Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşir. Partlayış nəticəsində xeyli musiqi aləti və emalatxananın 32 kvadrat metr ərazisi kül olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR