Bank Of Baku

Musiqili Komediya Teatrı Dənizçilərin Mədəniyyət Evində yeni tamaşalar hazırlayır

Musiqili Komediya Teatrı Dənizçilərin Mədəniyyət Evində yeni tamaşalar hazırlayır
# 26 yanvar 2011 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Musiqili Komediya Teatrında təmir-tikinti işləri ilə yanaşı, binanın daxilindəki avadanlıqların da yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektivin müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət Evində yeni tamaşalar hazırlanır. Kollektivin yeni ünvanda tamaşaçılara təqdim etdiyi ilk əsər “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) komediyası olub.

Tamaşanın əsas rollarından birinin ifaçısı olan xalq artisti Afaq Bəşirqızı bildirib ki, “Mən dəyərəm min cavana” əsəri artıq bir neçə ildir ki, teatrın səhnəsində oynanılır: “Tamaşanın premyerasından uzun zaman keçməsinə baxmayaraq, əsərin yenə tamaşaçıların diqqətini çəkməsi bizi sevindirir. Aktyor səhnə ilə nəfəs alır, yaradıcılıq üçün yaşayır. Sənətçinin ən böyük stimulu tamaşaçı alqışıdır və bu səsi eşitmək üçün ona meydan vermək lazımdır. Bu gün biz yenidən səhnədə olmağımızdan, sevimli tamaşaçılarımızla müvəqqəti yerləşdiyimiz yeni ünvanda görüşməyimizdən çox məmnunuq”.

Dövlət Musiqili Komediya Teatrı Dənizçilərin Mədəniyyət Evində yanvarın 29-da “Qırmızı papaq” (E. Sabitoğlu, Q. Anderson), “Ər və arvad” (Ü. Hacıbəyli), 30-da isə “Düyməcik” (Q. Anderson) və “Talelər qovuşanda” (R. Hacıyev, F. Zöhrabov, E. Ocaqov) tamaşalarını nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR