Bank Of Baku

“Gəncliyin səsi” adlı silsilə tədbirlər keçiriləcək

“Gəncliyin səsi” adlı silsilə tədbirlər keçiriləcək
# 26 yanvar 2011 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 28 yanvar – 2 fevral tarixlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 fevral - Gənclər gününə həsr edilmiş “Gəncliyin səsi” adlı silsilə tədbirlər keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlər sırasında muğam, caz, rep, estrada və klassik konsertlər, sərgilər, gənc yazarlarla görüş, həmçinin yeni sahə olan videoart sahəsində fəaliyyət göstərən gənclərin işlərinin nümayişi nəzərdə tutulur.

Yanvarın 28-də Azərbaycan Dövlət Filarmoniyasında gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert keçiriləcək. Yanvarın 31-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc rəssamların “Qurama” adlı sərgisi, “Artmaster” - videoart layihəsi və gənc estrada və rep ifaçılarının “Canlı klip” konserti təqdim olunacaq. Fevralın 1-də Milli Kitabxanada gənc şairlərlə görüş təşkil ediləcək. Fevralın 2-də isə Beynəlxalq Muğam Mərkəzində milli geyim sərgisi və gənc muğam və caz ustalarının “Dünən və bu gün” adlı konserti keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR