Bank Of Baku

Xalq artisti Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Xalq artisti Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
# 27 yanvar 2011 07:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın xalq artisti Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, respublikanın mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılıb. Tədbirdə çıxış edən Muğam Teatrının direktoru, rejissor Arif Qazıyev Baba Mahmudoğlunun sənətsevərlərin xatirində səhnədə ustalıqla yaratdığı parlaq və bənzərsiz obrazları, şaqraq zəngulələri ilə qaldığını deyib.

Mərasimdə, həmçinin xanəndənin xatirəsinə həsr olunmuş rəngarəng konsert proqramı təqdim edilib. Xalq artistləri Arif Babayevin, Qəndab Quliyevanın, Səkinə İsmayılovanın, əməkdar artistlər Gülüstan Əliyevanın, Vəsilə İbrahimovanın, Zeynəb Behbudovanın, Ədilə Əflakinin və digərlərinin ifaları təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR