Bank Of Baku

Kanadalı pianoçu Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək

Kanadalı pianoçu Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək
# 02 fevral 2011 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kanadalı pianoçu Nina Koqanla görüş keçirilib. APA-nın məlumatına görə, muzeyin direktoru Alla Bayramova bildirib ki, kanadalı qonaq fevralın 3-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr olunmuş fortepiano musiqisi axşamında iştirak edəcək. N. Koqan Bakıya ikinci dəfə gəldiyini qeyd edərək bildirib ki, atasının yaxın dostu Qara Qarayevin doğum günü ərəfəsində burada olmaqdan məmnundur. O, atasının Q. Qarayevlə bağlı yazılarını muzeyə hədiyyə edib.

N. Koqan məşhur skripkaçı Leonid Koqanın qızıdır. Azərbaycan bəstəkarlıq məkətiubinin ən görkəmli simalarından biri – Qara Qarayevin skripka ilə orekstr üçün yazdığı konsertin ilk ifaçısı məhz Leonid Koqan olub. Qara Qarayev bu əsəri Leonid Koqana həsr edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR