Bank Of Baku

Ankarada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb

Ankarada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb
# 02 fevral 2011 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Ankara Rəsm və Heykəl Muzeyində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin XX ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunub. Sərginin təşkilatçıları Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY təşkilatı və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyidir. Sərginin nümayişi fevralın 15-dək davam edəcək.

Sərginin açılışına Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də TÜRKSOY-un nümayənədləri qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR