Bank Of Baku

“Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Bir ailə” və “Tütək səsi” filmləri Beynəlxalq Arxiv Filmləri Festivalında nümayiş olunacaq

“Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Bir ailə” və “Tütək səsi” filmləri Beynəlxalq Arxiv Filmləri Festivalında nümayiş olunacaq
# 03 fevral 2011 13:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın Dövlət Film Fondu mayın 2-dən 6-na kimi Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək “Letopis” Beynəlxalq Arxiv Filmləri Festivalına dəvət olunub. Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, festivalda müxtəlif illərdə çəkilmiş və II Dünya Müharibəsinə həsr olunmuş filmlər iştirak edəcək.

Dövlət Film Fondunun festivala təqdim etdiyi proqrama “Uzaq sahillərdə” (Tofiq Tağızadə), “Bizim Cəbiş müəllim” (Həsən Seyidbəyli), “Bir ailə” (Q. Aleksandrov, R.Təhmasib, M.Mikayılov), “Tütək səsi” (Rasim Ocaqov) filmləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR