Bank Of Baku

Bakıda nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi elan edilib

Bakıda nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi elan edilib
# 03 fevral 2011 14:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsini elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə respublikada nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Martın 1-dən 15-dək keçiriləcək müsabiqə fleyta, qoboy, klarnet, valtorna, truba, trombon, ksilofon, vibrofon, kiçik təbil və s. alətlər üzrə iki yaş qrupunda keçirilir. Müsabiqə I qrup (10-13 yaş) üzrə bir tur, II qrup (14-17 yaş) üzrə iki mərhələdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər çıxış proqramını və sənədlərini fevralın 15-dək Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodikİ Mərkəzinə göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR