Bank Of Baku

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində “Qaynar xətt” yaradılıb

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində “Qaynar xətt” yaradılıb
# 04 fevral 2011 08:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gündən etibarən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Qaynar xətt”i (492 44 33) fəaliyyətə başlayır. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qaynar xətt səhər saat 09.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək. Məlumatda bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Qaynar xətt”i struktura daxil olan bütün mədəniyyət müəssisələri haqqında şikayətləri və problemli məsələlər haqqında məlumatları qəbul edəcək.

Qəbul edilən bütün məlumatlar birbaşa olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisinə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR