Bank Of Baku

Qara Qarayevə həsr olunmuş kitabın və disklərin təqdimatı keçirilib - FOTO

Qara Qarayevə həsr olunmuş kitabın və disklərin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 04 fevral 2011 12:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. M. F. Axundov adına Milli Kitabxanada Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayevin əsərləri” və “Qara Qarayev. Elektron məlumat bazası” diskləri də təqdim olunub. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, millət vəkili Rəfael Hüseynov və mədəniyyət xadimləri iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan musiqisinə şöhrət gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğunu deyib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli bəstəkarın Azərbaycan klassik musiqisinin inkişafındakı əvəzsiz xidmətlərindən, klassik və müasir musiqinin sintezini yaratmasından danışıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bildirib ki, nəşrin hazırlanmasında muzeylə yanaşı, Moskva Mərkəzi Ədəbiyyat və İncəsənət Arxivi, eləcə də Sankt-Peterburq Dram Teatrından əldə olunmuş materiallardan da istifadə olunub. Nəşrdə 700-ə qədər material xronoloji ardıcıllıqla verilib.

Qeyd edək ki, “Qara Qarayevin əsərləri” diskində bəstəkarın əsərləri, “Qara Qarayev. Elektron məlumat bazası” diskində isə həyat və yaradıcılığı, fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında fikirləri, musiqi və nəşr əsərləri, fotoqalereya əks olunub.

Tədbirdə Dövlət Simli Kvartetinin ifasında Qara Qarayevin əsərləri də ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR