Bank Of Baku

UNESCO üçün hazırlanmış “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti” faylının təqdimatı keçiriləcək

UNESCO üçün hazırlanmış “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti” faylının təqdimatı keçiriləcək
# 04 fevral 2011 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. UNESCO üçün hazırlanmış “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti” faylının təqdimatı keçiriləbək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məqsədilə xalça ilə bağlı namizədlik faylı, film və müxtəlif dillərdə nəşr olunmuş kitabçalar hazırlanıb və UNESCO-ya təqdim olunub. Xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı hazırlanmış namizədlik faylının, filmin və saytın ( www.carpet.intangble.az) (beş dildə) geniş ictimaiyyətə təqdimatının fevralın 7-də Muzey Mərkəzində keçirilməsi nəzərdə tutulur. Tədbirdən sonra iştirakçıların Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyası təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR