Bank Of Baku

Bu gün dahi bəstəkar Qara Qarayevin doğum günüdür

Bu gün dahi bəstəkar Qara Qarayevin doğum günüdür
# 05 fevral 2011 08:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 5 fevral - dahi bəstəkar, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Dövlət Mükafatları laureatı Qara Qarayevin doğum günüdür. APA-nın məlumatına görə, bəstəkarın doğum günü əlaqədar olaraq onun Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Ziyarətçilər dahi bəstəkarın abidəsi önünə gül dəstələri qoyub, Qara Qarayev yaradıcılığına nəzər salıblar.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu günlər böyük sənətkarın xatirəsi ehtiramla yad edilir, keçirilən tədbirlərdə bəstəkarın əsərləri səslənir. Qara Qarayevin adını daşıyan Bakı şəhər 8 nömrəli Musiqi Məktəbinin kollektivi də bəstəkarın doğum gününü qeyd edəcək. Elə bu gün məktəbin müəllim və şagirdləri də əvvəlcə Qara Qarayevin məzarını ziyarət ediblər. Məktəb heyəti ziyarətin davamı olaraq Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində dahi sənətkarın və onun tələbələrinin əsərlərindən ibarət konsert proqramını təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR