Bank Of Baku

Mömünə Xatun Türbəsi və Qarabağlar abidəsinin UNESCO-nun maddi irs siyahısına salınması üçün iş aparılır

Mömünə Xatun Türbəsi və Qarabağlar abidəsinin UNESCO-nun maddi irs siyahısına salınması üçün iş aparılır
# 07 fevral 2011 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Növbəti illərdə Azərbaycanın digər incəsənət nümunələrinin UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi istiqamətində işlər aparılır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev APA-ya bildirib ki, UNESCO-nun qeyri-maddi irs siyahısına şəbəkə incəsənət növünün, bəzi mərasimlərin və miniatür sənətinin daxil edilməsi planlaşdırılır. Maddi irs siyahısına gəlincə, növbəti mərhələdə Naxçıvanın memarlıq abidələrindən Mömünə Xatun Türbəsi və Qarabağlar abidəsinin bu siyahıya salınması nəzərdə tutulur: “Biz ümumiyyətlə, abidələrimizi qorumalı, UNESCO siyahısında olmasa belə, onların lazımi mühafizəsini təmin etməli və xalqın tarixini, memarlıq abidələrini milli sərvətimiz kimi qiymətləndirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR