Bank Of Baku

Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO

Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 07 fevral 2011 11:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan xalça sənətinin “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti” adı ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na salınması ilə bağlı təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycan xalçası haqqında film nümayiş etdirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ötən ilin noyabrında Keniyada keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin V sessiyası çərçivəsində Azərbaycan xalçasının “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilməsi məsələsi müzakirə olunub və bu iclasda ilk dəfə olaraq Azərbaycan artıq bu komitənin seçilmiş üzvü kimi iştirak edib: “Bu iclasda müzakirə olunan çoxsaylı məsələlərlə yanaşı, Azərbaycanın təqdim etdiyi fayl da müzakirə olundu. Azərbaycan xalçasının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edildi. Bu qərar çoxdan arzulanan və geniş ictimaiyyət tərəfindən gözlənilən bir qərar idi. Düşünürəm ki, bu addım Azərbaycan xalçasının dünyəvi, bəşəri sənət olması haqqında bir bəyanatdır”.

Çıxışlardan sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı UNESCO-ya təqdim olunmuş namizədlik faylının, filmin və saytın (www.carpet.intangble.az) (beş dildə) təqdimatı keçirlib. Tədbirdən sonra iştirakçıların Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyası təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR