Bank Of Baku

Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının Milli Festivalı keçirilib

Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının Milli Festivalı keçirilib
# 09 fevral 2011 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Teatr Xadimləri İttifaqında Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının Milli Festivalı keçirilib. APA-nın məlumatına görə, “Müstəqil Həyat” İnkişaf və Dəsək Mərkəzi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi tərəfindən təşkil olunan festivalın əsas məqsədi incəsənət vasitəsilə Azərbaycanda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların müsbət imicinin formalaşdırılmasıdır.

Festivalın keçirilməsinin digər məqsədi - əlilliyi olan insanların teatral yaradıcılığının inkişafına dəstək olmaq, Azərbaycanda xüsusi teatrların yaradılmasına və inkişafına kömək etməkdir. Bu il tədbirdə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən 6
əlil-uşaq və gənclər təşkilatı iştirak edib. Festivalda əlilliyi olan uşaq və gənclər Azərbaycan və dünya ədəbiyyatının əsərləri əsasında səhnələr nümayiş etdiriblər.

Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAİD, “Save the Children” Humanitar Təşkilatının dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR