Bank Of Baku

“Gənc nəslin formalaşdırılmasında incəsənətin rolu: Problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib – FOTO

“Gənc nəslin formalaşdırılmasında incəsənətin rolu: Problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib – <font color=red> FOTO </font>
# 11 fevral 2011 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Vətəndaş cəmiyyəti gələcəyimizin naminə” layihəsi çərçivəsində “Gənc nəslin formalaşdırılmasında incəsənətin rolu: Problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, hər bir şəxsə uşaq yaşlarında göstərilən qayğı və diqqət gələcəkdə onun fiziki, əqli və mənəvi cəhətdən inkişafına və dünya görüşünə ciddi şəkildə təsir edir: “Bizim mərkəz uşaqların mənəvi-əxlaqi təbiyəsinə incəsənətin, xüsusən də musiqinin rolu və bu sahədə mövcud vəziyyətin araşdırılmasına həsr olunmuş “vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə start verib. Layihə çərçivəsində təşkilatın könüllüləri tərəfindən 2011-ci ilin yanvar ayında Bakı və ölkənin 6 regionunda rəy sorğusu keçirilib. Sorğu zamanı incəsənətin rolu bütün yaş qruplarından olan respondentlər tərəfindən müstəsna rol kimi qiymətləndirillib. Həmçinin uşaqların təlim-tərbiyyəsində və formalaşmasında uşaq mahnılarının zəruri olduğu xüsusi olaraq qeyd edilib. Uşaq mahnıları ilə əlaqədar bugünkü vəziyyəti qiymətləndirən respindetnlərin 82,5 %-i çox pis, 14, 3%-i – kafi, 2, 8%-i yaxşı, 0, 4%-i isə çox yaxşı cavablarını veriblər”.

Tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən gənc nəslin təlim-tərbiyəsi istiqamətində aparılab işlərin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyiin artırılması üçün müvafiq dövlət orqanlarına bir neçə təklif də irəli sürülüb.

Müzakirədə bəstəkarlar Oqtay Rəcəbov, Oqtay Zülfüqarov, Faiq Sücəddinov, şairlər Baba Vəziroğly, Vahid Əziz və digərləri mövzu ilə əlaqədar rəy və təkliflərlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR