Bank Of Baku

Mehriban Əliyevanın rəhbərliyi ilə Eurovision 2012-nin Təşkilat Komitəsinin iclası olub

Mehriban Əliyevanın rəhbərliyi ilə Eurovision 2012-nin Təşkilat Komitəsinin iclası olub
# 16 mart 2012 18:34 (UTC +04:00)
İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı fəal hazırlıq işlərinin aparıldığını bildirib.

Azərbaycanın birinci xanımı "Eurovision 2012" mahnı müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıb və Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırıb ki, bu istiqamətdə bir çox məsələlər artıq həllini tapıb, amma bununla belə icrası vacib bəzi məsələlər də var.

"Eurovision 2012" mahnı müsabiqəsinə iki aydan az vaxtın qaldığını deyən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qeyd edib ki, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanıb.

Sonra Təşkilat Komitəsinin üzvlərinin "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə görülən işlər barədə məlumatları dinlənilib. Bildirilib ki, həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə gedir. Avropa Yayımları Birliyinin mütəxəssisləri görülən işləri yüksək qiymətləndiriblər. Martın 19-20-də 42 ölkənin nümayəndəsi Bakıda toplaşacaq və müsabiqə ilə bağlı hazırlıq işləri ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR