Bank Of Baku

Azərbaycanın «Eurovision-2012» mahnısı təqdim olunub - AUDİO

Azərbaycanın «Eurovision-2012» mahnısı təqdim olunub - <font color=red>AUDİO</font>
# 17 mart 2012 15:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın «Eurovision-2012» beynəxalq müsabiqəsi üçün hazırladığı mahnı açıqlanıb. APA-nın www.eurovision.az saytına istinadən veridyi xəbərə görə, Azərbaycanın müsabiqədə təmsilçisi Səbinə Babayevanın «Baku Crystal Hall»da «When the music dies» mahnısını ifa edəcək. Mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Byurman, Stefan Örn, Yohan Kronlunddur.

İngilis dilində ifa olunacaq «Eurovision-2012» mahnımız lirik janrdadır. Mahnıda milli musiqimi ilə sintez də var. «When the music dies» mahnısının müəllifləri Anders Bagge bu vaxtadək Madonna, Canet Cekson, Santana, Cenifer Lopes, Selin Dion, Enrike İqlesias kimi məşhur müğənnilər üçün mahnı yazıb və prodüserlik edib.

Yohan Krounlund Stokholmda səsyazma studiyasında çalışan bəstəkar və prodüserdir. Məşhur pop-dans artistlərlə çalışıb. Sandra Byurman və Stefan Örn isə Azərbaycanın «Eurovision-2011» təmsilçiləri Eldar və Nigarın qalib mahnısı «Running Scared»in müəllifləridir.

Səbinə Babayevanın «When the music dies» mahnısının rəsmi videosu martın 19-da təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR