Bank Of Baku

Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin püşkatması olub - FOTOSESSİYA

Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin püşkatması olub - <font color=red>FOTOSESSİYA</font>
# 20 mart 2012 12:13 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün “Eurovision” Mərkəzində Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı püşkatma mərasimi keçirilib. APA-nın məlumatına görə, püşkatma mərasimində mayın 22-si və 24-də keçiriləcək yarımfinal mərhələlərində çıxış edəcək 36 ölkənin “Baku Crystal Hall” səhnəsində çıxış nömrələri məlum olub. Mərasim Azərbaycanın paytaxtı Bakı şəhərinin görüntülərindən ibarət hazırlamış xüsusi video-rolikin nümayişi ilə başlayıb. Püşkatma mərasiminin aparıcıları qonaqları Azərbaycan və ingilis dillərində salamlayıblar. “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand Azərbaycana artıq dəfələrlə gəldiyini bildirib.

Sonra müsabiqənin püşkü atılıb. Mayın 22-də keçiriləcək I yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı:Mantenqro , İslandiya , Yunanıstan , Latviya , Albaniya , Rumıniya , İsveçrə , Belçika, Finlandiya , İsrail , San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiya.

Mayın 24-də keçiriləcək II yarımfinalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı isə belədir: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya,
Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina və Litva.

Mayın 26-da keçiriləcək və Azərbaycanın da çıxış edəcəyi final mərhələsində Böyük Britaniya 1-ci, İtaliya 10-cu, Azərbaycan 13-cü, İspaniya 19-cu, Almaniya 20-ci, Fransa isə 9-cu çıxış edəcək. Finalda yarışacaq digər ölkələr isə yarımfinallarda səsvermə zamanı məlum olacaq. Finala keçən ölkələrin finalda çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatma mərasimində məlum olacaq.

Püşkatma mərasimi ənənəvi olaraq bu dəfə də eurovision.tv saytında canlı yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR