Bank Of Baku

Heydər Əliyev Fondu “Eurovision-2012”-də çıxış edən 42 ölkənin nümayəndə heyətinin rəhbərləri üçün ziyafət təşkil edib

Heydər Əliyev Fondu “Eurovision-2012”-də çıxış edən 42 ölkənin nümayəndə heyətinin rəhbərləri üçün ziyafət təşkil edib
# 21 mart 2012 11:09 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, fondun nümayəndəsi Kamran Kərimbəyov bildirib ki, bu gün Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə ilə qeyd olunur: “Biz növbəti bayram əhval-ruhiyyəsini cari ilin mayında Bakıda birgə yaşayacağıq”.

İştirakçıları salamlayan “Eurovision” layihəsinin rəhbəri Yan Ola Sand bildirib ki, bu günlər Bakıda “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olub. İclasda “Eurovision-2012” şousu ilə bağlı aparılan hazırlıq işləri müzakirə edilib. 42 ölkədən olan nümayəndə heyətlərinə “Eurovision-2012” mahnı müsabiqəsinə aid olan məkanlar, hotellər, “Bakı Kristal Zalı” və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat verilib.

İclas çərçivəsində 42 ölkə arasında püşkatma mərasimi keçirilib. Püşkatma nəticəsində mayın 22-də və 24-dəki yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunacaq 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunub.
Yan Ola Sand vurğulayıb ki, Bakıda möhtəşəm “Eurovision” şousu olacaq.

Tədbir əyləncəli musiqi proqramı ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR