Bank Of Baku

Can Bonomonun «Eurovision-2012»dən uzaqlaşdırılması barədə məlumatlara rəsmi münasibət açıqlanıb

Can Bonomonun «Eurovision-2012»dən uzaqlaşdırılması barədə məlumatlara rəsmi münasibət açıqlanıb
# 22 mart 2012 12:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək Can Bonomonun builki müsabiqədən uzaqlaşdırılması barədə yayılan xəbərlərə aydınlıq gətirilib. APA-nın məlumatına görə, TRT Musiqi Kanalının koodinatoru və Türkiyənin “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri İsmayıl Güngör ilə Can Bonomonun meneceri və əlaqələndiricisi Ece Çelebioğlu yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiriblər.

Nümayəndə heyətlərinin Bakıda keçirilən görüşündən sonra ölkəsinə qayıdan İsmayıl Güngör, bu ərəfədə bu cür dedi-qoduların yayılmasını mənfi hal kimi qiymətləndirib: «Gənc dostumuza bu cür məsuliyyətli işdə dəstək olmaq əvəzinə, bu cür yersiz və zamansız xəbərlərin yayılması bizi çox məyus etdi. Bonomonun “Eurovision”-dan uzaqlaşdırılmasından heç bir söhbət gedə bilməz. Belə bir şey olsaydı ilk öncə mənim xəbərim olardı».

Ece Çələbioğlu isə bu iddiaları təəccüblə qarşıladığını və məlumatın bir bloq səhifəsində yayıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR