Bank Of Baku

San-Marino “Eurovision-2012” üçün mahnısının yeni versiyasını təqdim edib

San-Marino “Eurovision-2012” üçün mahnısının yeni versiyasını təqdim edib
# 23 mart 2012 09:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Avropa Yayımları Birıiyi (EBU) tərəfindən mahnısı qadağan olunan San-Marino “Eurovision-2012” mahnısının yeni versiyasını təqdim edib. APA-nın məlumatına görə, mahnı “The Social Network Song” (“Oh Oh-Uh-Oh Oh”) adlanır və Valentina Monetta tərəfindən ifa ediləcək.

Xatırladaq ki, San-Marinonun 57-ci “Eurovision” mahnı müsabiqəsi üçün təqdim etdiyi “Facebook, Uh, Oh, Oh” mahnısı müsabiqə qaydalarına zidd olduğu üçün Avropa Yayımları Birliyinin qərarı ilə qadağan edilib. Yayımçı televiziya SMTV qarşısında ya “Facebook” sosial şəbəkəsinə istinad etməyən mahnı sözlərinin yeni versiyasının hazırlanması, ya da yeni mahnı təqdim edilməsi tələbi qoyulmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR