Ukraynanın «Eurovision-2012» təmsilçisi Qaytana: «7 - xoşbəxt rəqəmdir»
26 mart 2012 13:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Mən hər zaman müxtəlif əlamətləri izləyirəm. Məncə, onlar taleyin göndərdiyi işarələrdir. 7 xoşbəxt rəqəmdir. Belə sürprizlər məni daha çox çalışmağa həvəsləndirir. Bütün Avropaya hərarətli və səmimi bir çıxış hədiyyə etmək arzusundayam». APA-nın www.eurovision.az saytına istinadən yaydığı xəbərə görə, bunu Ukraynanın Bakıda keçiriləcək «Eurovision-2012» beynəlxalq müsabiqəsindəki təmsilçisi Qaytana (Gaitana) yarımfinalda 7-ci çıxış edəcəyini bildikdən sonra deyib.
«Eurovision-2012» mahnı müsabiqəsinin Bakıdan canlı yayımlanan püşkatma mərasimini izləyənlər arasında Ukrayna təmsilçisi Qaytana da olub. Xanım müğənni Ukraynanın «wildcard»a yiyələnərək «Eurovision» səhnəsindəki çıxış nömrəsini özünün seçmə şansı qazandığına çox sevinib. Təmsilçi rəqəmlərin xüsusi energetikaya sahib olduğuna inanır. Elə ona görə də müsabiqədəki «Be my guest» adlı mahnısını məhz ikinci yarımfinalda «7» rəqəmi altında ifa edəcəyinə çox şaddır.

Mədəniyyət siyasəti
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayır
17:27
19 may 2024
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024