Bank Of Baku

Alim Qasımov: «Azərbaycanın «Eurovision-2012» müsabiqəsindəki mahnısı çox maraqlıdır, ahəngi və təsiredici qüvvəsi var»

Alim Qasımov: «Azərbaycanın «Eurovision-2012» müsabiqəsindəki mahnısı çox maraqlıdır, ahəngi və təsiredici qüvvəsi var»
# 29 mart 2012 16:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın «Eurovision-2012» mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When The Music Dies" adlı mahnısını ilk dinləyənlərdən biri xalq artisti Alim Qasımov olub. APA-nın builki müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, mahnının ilk nüsxəsi dinləmək üçün xanəndəyə göndərilib. Musiqini dinlədikdən sonra ustad xanəndə melodiyaya uyğun olaraq bir neçə muğamdan, xüsusilə də "Bayatı Şiraz" muğamının "Bayatı İsfahan" şöbəsindən ekspromt boğazlar edib. "When The Music Dies" mahnısında məhz həmin ekspromt ifadan hissələr yer alır: “Azərbaycan təmsilçisi Səbinə Babayevaya uğurlar arzu edirəm. Çox maraqlı bir mahnıdır, ahəngi və təsiredici qüvvəsi var. Heç kimə özünü oxşatmasın və daxili aləmi ilə bu mahnını hiss etsin. Hər şey ifaçıdan, oranjemandan, musiqiçilərdən asılıdır. Bizim milli alətlərimizdən istifadə də çox gözəl haldır. Musiqiyə qulaq asdım və məsləhət oldu ki, zümzümə edim, hansı uyğun gələrsə, o istifadə olunsun. Fikrimcə, Səbinə mahnının öhdəsindən gələcək, səs imkanları genişdir və mahnı da ona uyğundur. Xeyirli olsun deyirəm”.

Xatırladaq ki, "When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR