Bank Of Baku

Azərbaycanın tarix və mədəniyyət qoruqları qlobal aksiyada iştirak ediblər

Azərbaycanın tarix və mədəniyyət qoruqları qlobal aksiyada iştirak ediblər
# 31 mart 2012 09:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın tarix və mədəniyyət qoruqları qlobal aksiyada iştirak ediblər. Aksiya Dünya Vəhşi Həyat Fondu (World Wildlife Fund) tərəfindən baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsindən APA-ya verilən məlumata görə, sözügedən fond 2007-ci ildən etibarən Dünya Saatı ətraf mühit layihəsini həyata keçirir. Layihənin məqsədi hər ilin əvvəlcədən müəyyən edilmiş tarixində 1 saat ərzində dünya üzrə elektrik enerjisindən istifadəyə qənaət etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınmasına töhfə verməkdən ibarətdir.
BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) öz növbəsində Ümumdünya İrs Obyektlərində müəyyən edilmiş saat ərzində işıqların söndürülməsinin həyata keçirilməsi ilə layihəyə töhfə verib. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən, UNESCO-nun qüvvədə olan Ümumdünya İrs Obyektləri siyahısında, eləcə də gözləmə siyahısında yer alan tarix və mədəniyyət qoruqlarında 2012-ci ilin martın 30-da saat 20.30-dan 21.30-dək bir saat müddətində işıqların söndürülməsi ilə qlobal layihədə iştirak edib.
Ötən 2011-ci ildə Dünya Saatı layihəsində dünyanın 135 ölkəsinin 5251 şəhərdə 1.8 milyard insan iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR