Bank Of Baku

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin qalib mahnısı yarışmanın 60-cı qalib mahnısı olacaq

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin qalib mahnısı yarışmanın 60-cı qalib mahnısı olacaq
# 02 aprel 2012 10:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın paytaxtı Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin qalib mahnısı yarışmanın 60-cı qalib mahnısı olacaq. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, müsabiqənin 57-ci dəfə keçirilməsinə baxmayaraq , amma bu il 60-cı qalib mahnı məlum olacaq. “Eurovision”un təşkilati işlər üzrə rəhbəri Sietse Bakker deyib ki, Avropa Yayım Birliyi (EBU) müsabiqənin 60 illik yubileyini xüsusi şəkildə qeyd etmək istəyir: “Əgər biz bu hadisəni 2012-ci ildə qeyd etsək, bu, 2015-ci ildəki bayramın ləzzətini azaldacaq. Müsabiqənin brilliant yubileyi yaxınlaşdıqca, EBU 60-cı «Eurovision»u qeyri-adi etmək istəyir”.

Xatırladaq ki, 1969-cu ildə keçirilən “Eurovision” müsabiqəsində İspaniya, Böyük Britaniya, Fransa və Niderland təmsilçiləri eyni sayda səs yığıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR