Bank Of Baku

“Eurovision” rəhbərləri Azərbaycan təmsilçisi Səbinə Babayevanın şansını dəyərləndiriblər

“Eurovision” rəhbərləri Azərbaycan təmsilçisi Səbinə Babayevanın şansını dəyərləndiriblər
# 03 aprel 2012 09:09 (UTC +04:00)
APA-nın “eurovision.az” saytına istinadən yaydığı xəbərə görə, müsabiqənin icraçı rəhbəri Yan Ola Sand və təşkilatı işlər üzrə rəhbəri Sietse Bakker Bakıda keçiriləcək 57-ci “Eurovision” müsabiqəsindəki Azərbaycan təmsilçisi və onun mahnısının çox güclü olduğunu vurğulayıblar.

Y. O. Sand Azərbaycanın “Eurovision-2012”də çox yaxşı nəticə əldə edəcəyinə inanır: “Birbaşa finala vəsiqəniz var. Bu da çox yaxşıdır. Çünki siz finala keçmək uğrunda mübarizə aparmayacaqsınız. Buna görə də bir qədər rahat ola bilərsiniz. Builki mahnınız da çox güclüdür".

S. Bakker isə "Azərbaycan bu il də öz çıxışı ilə fəxr edə bilər", - deyib. Azərbaycanın milli seçimləri zamanı Bakıda olduğunu söyləyən S. Bakker, Səbinə Babayevanın çıxışını yaxşı xatırladığını bildirib: “O, gözəl oxuyur. Düşünürəm ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan yenə də öz mahnısı ilə fəxr edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR