Bank Of Baku

Əbülfəs Qarayev Çeçenistan baş nazirinin müavinini qəbul edib

Əbülfəs Qarayev Çeçenistan baş nazirinin müavinini qəbul edib
# 04 aprel 2012 14:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çeçenistan baş nazirinin müavini Əli İsayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Çeçenistanla Azərbaycan arasında əməkdaşlığın inkişaf istiqamətləri və perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı mədəniyyət günlərinin təşkili, Azərbaycanda keçirilən beynəlxalq miqyaslı mədəniyyət və incəsənət tədbirlərində Çeçenistandan olan ziyalıların və sənət adamlarının iştirakı məsələlərinə toxunulub.

Ə. Qarayev Azərbaycanda tikilən “Şahdağ” qış-yay turizm kompleksi barədə məlumat verərək Çeçenistanda turizm sahəsinin inkişaf etdirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinə hazır olduğunu qonaqların diqqətinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR