Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «Eurovision» müsabiqəsinə hazırlıqla bağlı kollegiya iclası keçirilib
09 aprel 2012 06:45 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iclasda tədbir zamanı tamaşaçıların «Baku Crystal Hall» kompleksində müasir standartlara cavab verən simli və simsiz şəbəkələrdən istifadəsi üçün görülən işlərin gedişi barədə məlumat verilib. Eyni zamanda, kompleks ərazisində eyni vaxtda 30 minədək insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü nəsil texnologiyalarından (3G) geniş istifadəsi üzrə həyata keçirilən hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə tapşırıqlar verilib.
Bundan başqa, «Eurovision-2012» müsabiqəsi çərçivəsində ölkəyə gələn qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internetin Azərbaycan seqmentinin və internet resurslarının dayanıqlı işinin, eləcə də, müsabiqənin keçirildiyi dövrdə mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən məsələlər müzakirə olunub.
Radio və televiziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin rəsmi veb-saytının dayanıqlı işinin və sistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər də kollegiya iclasında müzakirə mövzusu olub. Sonda Ə.Abbasov nazirlikdə yaradılmış İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsi, müsabiqənin keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin mövcud problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Mədəniyyət siyasəti
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayır
17:27
19 may 2024
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024