Romada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılır
10 aprel 2012 09:42 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyinin yaxından iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən abidənin ucaldılması ilə bağlı zəruri işlər həyata keçirilir. Abidənin müəllifləri xalq rəssamı Səlhab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının Tarix və İncəsənət Komissiyası tərəfindən də təsdiqlənib. İtaliyanın paytaxtında Nizami Gəncəvinin heykəlinin ucaldılması Azərbaycan-İtaliya siyasi və mədəni əməkdaşlığının inkişafına veriləcək növbəti töhfə olmaqla bərabər, dünya ədəbi-bədii və fəlsəfi fikir xəzinəsinə əvəzsiz töhfələr vermiş dahi Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə göstərilən hörmət rəmzinə çevriləcək. Abidə Azərbaycan prezidentinin müvafiq sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik ədəbiyyatımızın dünya miqyasında təbliği məqsədi ilə ucaldılır. Yaxın günlərdə heykəlin rəsmi açılış mərasimi keçiriləcək. Qeyd edək ki, Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu heykəl Romada məşhur “Villa Borghese” parkında ucaldılır.
Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024