Bank Of Baku

«Eurovision-2011»in qalibi Eldar Qasımov: “Əminəm ki, Səbinənin ifası hər kəsin ürəyini fəth edəcək”

«Eurovision-2011»in qalibi Eldar Qasımov: “Əminəm ki, Səbinənin ifası hər kəsin ürəyini fəth edəcək”
# 11 aprel 2012 11:18 (UTC +04:00)
Eldar Qasımov Azərbaycanla yanaşı, İsveç, Fransa, Almaniya, Türkiyə, Malta və Böyük Britaniyanın mahnısını bəyəndiyini açıqlayıb

Bakı. Ülkər Rəşidıqızı – APA. Azərbaycanın «Eurovision» qaliblərindən biri Eldar Qasımov builki təmsilçilər və bəyəndiyi mahnılardan danışıb. Bununla bağlı APA-ya açıqlama verən Eldar Qasımov, «Eurovision -2012» mahnı müsabiqəsində azarkeşik etdiyi təmsilçilərin adlarını da açıqlayıb.
Eldar builki müsabiqədə ilk əvvəl Azərbaycan təmsilçisi Səbinə Babayevanı dəstəklədiyini deyib. Təmsilçimizin «Baku Crystal Hall»da ifa edəcəyi «When the music dies» mahnısının ona çox yaxın olduğunu deyən Eldar, bu cür mahnıları ifa edərkən gözəl hisslər keçirdiyini bildirib: «Səbinə işində olduqca peşəkardır. Onun ifasında bu mahnı çox gözəldir və mən bu mahnını mütəmadi olaraq dinləyirəm. Bu cür mahnılar sevgi hissi yaşayan insanların ürəyinə hər zaman yol tapır və əminəm ki, Səbinənin də ifası hər kəsin ürəyini fəth edəcək. Mən özümü bu cür mahnılarda tapıram. Belə mahnılar həqiqətən də mənimdir və mən özümünkü hesab edirəm. Azərbaycana və Səbinəyə uğurlar diləyirəm. İstərdim «Eurovision»un triumf mikrofonunu Nigarla birgə məhz Səbinəyə təqdim edək».

«Eurovision-2012»də Bakı səhnəsində çıxış edəcək digər ölkə təmsilçilərin şanslarını da yüksək qiymətləndirən Eldar, bu sırada Almaniya, İsveç, Türkiyə, Fransa, Malta, Böyük Britaniyanın adını çəkib. E. Qasımov Böyük Britaniyanı Bakı səhnəsində təmsil edəcək 4 «Grammy» sahibi Engelbert Hamperdinkin çox təsiredici mahnısı olduğunu da deyib: ”Eyni zamanda Türkiyə təmsilçisinin özünəməxsusluğunu qeyd etmək istərdim. Türkiyənin təmsilçisi Can Bonomo ilə mahnısı bir-birini sonuna qədər tamamlayır. Hər bir təmsilçiyə bu məsuliyyətli işdə uğurlar diləyirəm və kim layiqdirsə onun da qazanmasını istəyirəm».

Müsabiqə qalibi nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin tarixə düşəcəyinə əminliyini bildirib: «Hazırda bu istiqamətdə aparılan işlər artıq Azərbaycanda keçiriləcək müsabiqənin möhtəşəm olacağını sübut edir. Avropalılar burada çox fərqliliklər görəcəklər. Azərbaycanın möhtəşəm paytaxtı Bakı avropalıların, şəhərimizin qonaqlarının yaddaşlarında ömürlük həkk olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR