Bank Of Baku

Məşhur italiyalı musiqiçi Azərbaycanın “Eurovision-2012” təmsilçisi ilə görüşüb - FOTO

Məşhur italiyalı musiqiçi Azərbaycanın “Eurovision-2012” təmsilçisi ilə görüşüb - <font color=red>FOTO</font>
# 11 aprel 2012 16:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Macarıstanda promo-turunu bitirən Səbinə Babayeva məşhur italiyalı roker Zukkero ilə görüşüb. Azərbaycan təmsilçisinin müsabiqə hazırlığını həyata keçirən «EuroMedia» şirkətindən APA-ya verilən məlumata görə, Səbinə Babayeva tanınmış italiyalı musiqiçi ilə görüşməklə yanaşı, onunla eyni səhnəni də bölüşüb. Səhnədə Səbinə öz müsabiqə mahnısını ifa edib. Çıxışdan əvvəl isə Zukkero S. Babayevaya mayda Bakı keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsində uğurlar arzulayıb. İtaliyalı musiqiçi Səbinəyə çox gözəl səsinin olduğunu, onun uğur qazanacağına inandığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR