Fransanın “Eurovision-2012”dəki təmsilçisi Anggun: «Azərbaycanla məni çox oxşar cəhət birləşdirir» - MÜSAHİBƏ - FOTOSESSİYA
- Azərbaycan auditoriyasına necə təqdim edərdiniz?
- Adım Anggundur. İndoneziyanın Çakarta şəhərində anadan olmuşam. Hazırda Fransa vətəndaşıyam və 10 ildən artıqdır ki, Fransada yaşayıram. 9 yaşımdan musiqi ilə məşğul oluram. Musiqini həddindən artıq sevən bir insan və kiçik qızımla fəxr edən bir anayam.
- Karyeranıza 20 il bundan əvvəl başlamısınız. Keçdiyiniz bu yaradıcılıq yolunun qısa xülasəsini necə verərdiniz?
- Mən karyerama çox kiçik yaşlarımdan Şərqi Asiyada başlamışam. İndoneziyada hər bir insanın genetikasında musiqi ruhu var və hər bir kəsə çox erkən yaşlarından musiqi tədris olunmağa başlayır. Mənim ilk albomum İndoneziyada çox böyük uğur qazandı, bundan sonra bir neçə albomum çıxdı, və Şərqi Asiyanın bir çox yerlərində 9 milyon tirajla satıldı. Hətta mən orda özümün səsyazma studiyamı belə yaratmışdım. Ancaq daha sonra beynəlxalq arenaya çıxmağı qarşıma məqsəd qoydum və bununla əlaqədar Avropaya köçdüm.
- Uzun illərdir Fransa vətəndaşısan, bəs İndoneziya ilə xüsusi bağlantın varmı?
- Əlbəttə, mən İndoneziyada böyüyüb, boya-başa çatmışam. Mənim ailəm ordadır və mən onlar üçün çox darıxıram. Amma Fransaya köçməyim və tamamilə şəxsiyyət kimi formalaşmağımdan dolayı qürur duyuram. Mən indoneziyalı köklərə sahib fransızam. Hazırda həyatıma Parisdə davam edirəm. Həyat yoldaşım fransızdır, “Warner Music” şirkəti ilə işbirliyim davam edir. Balaca bir gözəl qız anasıyam. Bu cür rəngarəng mədəniyyətin içində olmaq və bunu bölüşməkdən zövq alıram.
- Maraqlıdır, populyar musiqiçi kimi tanınan Anggun “Eurovision-2012” müsabiqəsində təmsil olunmaq təklifi üzərində çox düşünüb?
- İnanın mənə ki, bu təklifə “hə” cavabını verməyim 3 saniyədən belə az çəkdi. Çünki mən bir neçə ildir Fransanı bu müsabiqədə təmsil etmək üçün adımın hallanmasından xəbərdar idim, amma rəsmi müraciət olmamışdı. Və o səbəbdən də Fransa İctimai Yayım Şirkətindən, Marie-Claire Mezerette və Frederic Valencak tərəfindən zəng olunanda sözün həqiqi mənasında təəccübləndim. Mən bu müsabiqəyə uzun illərdən bəri pərəstiş edirəm və ölkənin bu müsabiqədə təmsilçisi kimi şans qazanmaq həqiqətən də məni çox qürurlandırdı.
- Dünyada populyarlıq qazanmış bir neçə mahnınız var. Düşünürsünüzmü ki, bu məşhurluq və Fransadan kənarda tanınmağınız Sizi qalibiyyətə yaxınlaşdırır?
- Əslinə qalsa düşünmürəm ki, sadaladığınız amillər mənim uğurumda hansısa dəyişiklik edə bilər, çünki biz musiqi yarışması haqqında danışırıq. Bu musiqi yarışmasının əsas qəhrəmanı mahnıdır, müğənni isə həmin bu musiqini izləyiciyə çatdıran bir vasitəçidir. Düşünmürəm ki, insanlar mənə Anggun olduğuma görə səs verəcəklər, fikrimcə, bunun əsas səbəbi mayın 26-da Bakı səhnəsində nümayiş etdirəcəyim perfomansım və mahnım olacaq. Hazırda belə Bakıda göstərəcəyim perfomans üzərində çox ciddi şəkildə işləyirəm. Tamaşaçıya yeni və gözlənilməz bir şey çatdırmaq istəyirəm. Necə ki, müsabiqə mahnısına çəkdirdiyim kliplə təəccübləndirdim. Mən təəccübləndirməyi çox sevirəm.
- Fransanı təmsil etmək qərarı verdikdən sonra İndoneziyadan hər hansısa reaksiya oldumu?
- Bir çox indoneziyalılar bu qərarımdan şad olduqlarını bildirdilər. Bilirəm ki, İndoneziya diasporu əsasən Niderlandda məskunlaşıb və həmin diaspor da “Eurovision”da iştirakımla əlaqədar çox sevincli və həyəcanlıdırlar. Milyonlarla indoneziyalı ilk dəfə olaraq «Eurovision» mahnı yarışmasını bu qədər yaxından izləyəcək. Buna səbəb olduğum üçün böyük sevinc içindəyəm. Bu vaxta kimi onlar bu yarışmanın varlığından belə xəbərdar deyildilər və məhz mənim təmsilçiyimlə bu müsabiqə ilə maraqlanmağa başladılar.
- Niyə müsabiqə mahnınızı fransız və ingilis dillərində oxumaq qərarı verdiniz?
- Əslində mahnının 80 faizi fransızcadır, sadəcə xorla ifa olunan kiçik bir hissəsi ingilis dilindədir. Bu addımı atmağımıza səbəb fransız dil bilgisinə sahib olmayan çoxsaylı tamaşaçılara mahnının məğzini çatdırmaqdır. Baxmayaraq ki, bu mahnının iki dildə ifası Fransada bəzi narazılıqlara səbəb oldu, amma fikrimcə, mahnının məsafədən tamaşaçılara çatdırılması mütləqdir.
- Bu mahnı ilə milyonlarla izləyiciyə hansı mesajı göndərmək niyyətindəsiniz?
- Düşünürəm ki, mənim üçün həyatda əsas amillərdən biri iki insan arasında olan münasibət – məhəbbətdir. Hazırda bizi əhatə edən qarmaqarışıq həyat tərzi, virtual həyata meylilik sevməyin və məhəbbətin, sevgini bölüşməyin həyatımızdakı önəmini bizə unutdurur. İfa etdiyim mahnı isə bu mesajı verir: “Nə baş verməyindən asılı olmayaraq yeganə önəmli olan şey sən və mənəm”. Fikrimcə, bu mahnı hər kəsin həyatında yaşadığı hisslərlə bağlı bir mahnıdır və tamaşaçılar bunu sevəcək.
- “Baku Crystal Hall”dakı çıxışın barədə nə deyə bilərsiniz?
- Auditoriyanı təəccübləndirmək istəyirəm və bu ideyamı gerçəkləşdirmək üçün çox gərgin işləyirəm.
- “Light your fire»”şüarı altında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək şoudan nələr gözləyirsiniz?
- Azərbaycan haqqında hər gün daha çox məlumat alıram və may ayını səbirsizliklə gözləyirəm. Azərbaycan özünün kökləri, xüsusi ornamentləri, adət-ənənələri, qədim tarixi, mədəniyyəti olan ölkələrdəndir. Mən İndoneziyada doğulmuşam və müsəlmanam. Azərbaycan da mənim kimi Şərqlə Qərbin qovşağıdır. Bizi birləşdirən bu cür çox oxşar cəhətlər var. Məhz Azərbaycanın ev sahibi olduğu ildə Fransanı təmsil etmək şansı qazanmağım məni hədsiz sevindirir. Azərbaycan çox maraqlı ölkədir. Sevinirəm ki, 10 gündən çox müddətdə Azərbaycanla tanışlıq imkanım olacaq və bu 10 gün ərzində ölkəni, paytaxt Bakını yaxından tanıyacağam. Bu müddəti boşa verməyəcəyəm və hər yeri gəzmək, görmək istəyirəm. Sizinlə canlı görüşməyimə artıq sayılı günlər qalıb.
- Fransa bu mötəbər yarışmada sonuncu dəfə 1977-ci ildə qalib olub. 35 illik fasilədən sonra bu qələbənin Fransaya məhz Sizin sayənizdə gedəcəyinə inanırsınız?
- Buna 41 ölkənin izləyiciləri qərar verəcək. Bu gün mən nəticə barədə heç bir şey deyə bilmərəm. Hazırda əsas məqsədim səhnədə əlimdən gələni etmək və mümkün olan ən yaxşı perfomansı tamaşaçıya çatdırmaqdır. Bu il bir çox iştirakçılar xoşuma gəlir və deyə bilərəm ki, yarışmanın səviyyəsi həqiqətən də yüksəkdir. Xoşa gələn mahnıların sayı çoxdur. İsveç təmsilçisi Lorinin milli finalda çıxışından bəri onu çox xoşlayıram. Bu illər ərzində müsabiqədə ən çox xoşladığım təmsilçilərdən Patrisiya Kaas, Eldar və Nigar, Sertap Erener, “Lordi” qrupunun adını çəkə bilərəm.
- Və son olaraq Azərbaycan auditoriyasına hansı mesajı göndərirsiniz?
- Bakını və bu ölkənin hər bir insanını salamlayıram. Hər kəsə dəstəyə görə təşəkkür edirəm. “Eurovision”un bir hissəsi olmaqdan çox xoşbəxtəm. Hamını bir neçə həftəyə Bakıya səsləyirəm. Bu möhtəşəm şəhəri silkələməyə və Məşəlimizi birgə alovlandırmağa hazır olaq!
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər