Azərbaycanın “Eurovision” mahnısının Azərbaycan versiyası hazırlanıb
13 aprel 2012 13:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın müsabiqə mahnısının Azərbaycan versiyası təqdim olunub. APA-nın məlumatına görə, mahnının Azərbaycan versiyası “Gəl” adlanır.
Mahnının Azərbaycan versiyasını Teymur Məmmədov hazırlayıb. Xatırladaq ki, “When The Music Dies” mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Mahnıda Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval alətlərinin səsi, eləcə də unikal muğam vokal ifasının elementlərindən istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.
Azərbaycanın müsabiqədəki mahnısının akustik versiyası da hazırlanıb. Bu versiya iki gitaranın ifası ilə yazılıb. Mahnının caz versiyası da hazırlanır ki, bu da yaxın vaxtlarda təqdim olunacaq.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024