Bank Of Baku

Engelbert Hamperdink: “Eurovision” müsabiqəsini Böyük Britaniyaya gətirmək istəyirəm”

Engelbert Hamperdink: “Eurovision” müsabiqəsini Böyük Britaniyaya gətirmək istəyirəm”
# 17 aprel 2012 19:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Mən “Eurovision” müsabiqəsini Böyük Britaniyaya gətirmək istəyirəm. Ümidvaram ki, mənə dəstək olacaqsınız. Bu müsabiqədə böyük uğura imza atacağıma inanıram”. APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi, 75 yaşlı Engelbert Hamperdink deyib. “Baku Crystal Hall”da Böyük Britaniyanı təmsil edəcək Engelbert Hamperdink bu il Bakıda keçiriləcək bu beynəlxalq müsabiqəni zəngin tarixə malik möhtəşəm tədbir adlandırıb: “Mən 1969-cu ildə Lulunun, 1974-cü ildə “Abba”nın və təbii ki, 1976-cı ildə Böyük Britaniyanın “Brotherhood of Man” qrupunun qalibiyyətini xatırlayıram. 1997-ci ildə Böyük Britaniya sonuncu dəfə qalib olub. Mən bu uğuru təkrarlamağa çalışacağam”. Konsertlərində qrupu ilə birgə canlı olaraq çıxış etdiyini deyən E.Hampedink, “Eurovision-2012”-də onunla bərabər gitara ifaçısı Ceyms Brayanın da səhnəyə çıxacağını deyib. Səhnə perfomansının bir məqamını açıqlayan Böyük Britaniya təmsilçisi, digər məqamları sirr saxlamağa üstünlük verib. Müsabiqədə ifa edəcəyi “Love will set you free» mahnısından da danışan Engelbert, bu kompozisiyanı öz həyatı ilə bağlayıb: “Bəli mən bu mahnını özümlə bağlaya bilərəm, bu çox romantik mahnıdır. Hər zaman mahnılarım keyfiyyəti və uzunömürlülüyü ilə seçilir. Mahnının müəllifləri bu sahənin ən yaxşılarındandırlar. Yaradıcılığım boyu romans tərzini təqdim etdiyim üçün məni “Romansın kralı” adlandırırlar”. Bu zamana kimi 4 “Grammy”yə sahiblənən Hamperdink, “Eurovision-2012” təmsilçilərindən “Jedward” qardaşlarını tanıdığını, eyni zamanda Rusiya təmsilçiləri «Buranovskiye babuşki»ni bəyəndiyini açıqlayıb. Engelbert düşünür ki, Bakıda çox qızğın mübarizə yaşanacaq. Təmsilçi onu da bildirib ki, mayın 6-sı müsabiqə mahnısı Böyük Britaniyada buraxılacaq və mayın 7-dən CD-lərdə satışa çıxacaq. Mayın əvvəllərində isə bütün Avropa mahnının rəqəmsal versiyası ilə tanış ola biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR