Bank Of Baku

“Eurovision”un Azərbaycan üzrə rəsmi fan-klubu video-müsabiqə keçirir

“Eurovision”un Azərbaycan üzrə rəsmi fan-klubu video-müsabiqə keçirir
# 19 aprel 2012 11:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” mahnı müsabiqəsinin rəsmi fan-klubu - “Ogae-Azərbaycan” “Light Your Success” adlı video-müsabiqəyə start verib. Fan-klubdan APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsinin əsas məqsədi gənclərin kreativliyini dəyərləndirmək və bacarıqlarını üzə çıxarmaqla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Euovision” müsabiqəsinə marağın artırılması, gənclərin “Eurovision” ruhunu yaşaması və bu istiqamətdə təşəbbüskarlıqlarını artırmaqdır. Müsabiqədə iştirak etmək üçün, yaşı 16-dan yuxarı olan hər kəs [email protected] ünvanına məktubla müraciət edə bilər.
Müraciətə baxıldıqdan sonra iştirak etmək istəyən şəxslərə E-anket və video çarxların yüklənməsi barədə ətraflı təlimatlar göndəriləcək. Video çarxların qəbulu aprel ayının 18-dən etibarən başlanır. Video çarxın süjet xətti “Eurovision-2012 şüarı ilə, öz həyat şüarını birləşdir» istiqamətində olmalıdır. Müsabiqənin şərtlərinə əsasən, video-çarx iki dəqiqədən artıq olmamalı, siyasi və yaxud mətnaltı məna daşımamalı, müsabiqənin süjet xəttindən uzaq olmamalı və mütləq müəllif hüquqları qorunmalıdır.
Müsabiqəyə video qəbulu mayın 4-dən etibarən dayandırılacaq və qalib münsiflər heyəti tərəfindən təyin olunacaq.

Müsabiqənin nəticələrinə əsasən qaliblərə, Grand Pri - Canon DSLR (professional), 1-ci yer (2 nəfər) - İpad, 2-ci yer (2 nəfər) – Nexus AZPAD, 3-cü yer – Canon fotoaparatı ilə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR