Bank Of Baku

Gürcüstanın “Eurovision” təmsilçisi: “Azərbaycanı çox sevirəm” - FOTO

Gürcüstanın “Eurovision” təmsilçisi: “Azərbaycanı çox sevirəm” - <font color=red>FOTO</font>
# 23 aprel 2012 08:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidıqız – APA. “Azərbaycanı çox sevirəm. Bu ölkə mənə çox doğmadır və məhz bu ölkədə keçirilən “Eurovision” yarışmasında təmsil olunmaq möhtəşəm bir hissdir”. Bu sözləri APA-ya açıqlamasında Bakıda səfərdə olan Gürcüstanın “Eurovision-2012” təmsilçisi Anri Coxadze (Anry Jokhadze) deyib. O, müsabiqə öncəsi özünü çox yaxşı hiss etdiyini və bu möhtəşəm yarışa hazırlaşdığını söyləyib: “Bakıda artıq müsabiqənin yaxınlaşması hiss olunur. Bu günlərdə Amsterdama səfərim olmalı idi, amma Bakıya gəlmək təklifi aldıqdan sonra o səfəri təxirə saldım. Mənim üçün bu müsabiqədə hər şey Bakıdan başlayır və elə burda da qurtarır. “Eurovision -2012”dən gözləntilərim özümlə bağlıdır. Düşündüyüm yalnız odur ki, mən yüksək səviyyədə çıxış etməliyəm, öz xarizmam və ifamla yadda qalmalıyam. Bilmirəm burada əsas hansı faktorlar rol oynayır, siyasət və yaxud sms... Bunların hamısı ikinci plandadır. Əsas odur, sonra deyilməsin ki, bu müğənni pis çıxış etdi. Məncə elə bütün təmsilçilər bunu düşünür”.

İfaçı müsabiqə mahnısı olan “İ’m a Joker”lə göndərdiyi ismarıcın mənasını açıqlayıb: “Mahnının başlanğıcı gürcü dilində olan hissədə söhbət təklikdən gedir. Sonra isə artıq əyləncə başlayır və bu insan heç zaman öz mənəvi dünyasını açmır, onu ağrıdan məsələlərdən, həyatın ağır üzündən danışmır. Həyatda nələrinsə onu incitdiyini demir və beləcə, insanlara ismarıc göndərilir”.

Qeyd edək ki, Anrinin Bakıya səfərinin məqsədi “Yol təhlükəsizliyinin səfiri” vəzifəsini həyata keçirməkdir. Belə ki, Gürcüstan təmsilçisi bu gün şəhərdə keçirilən yol təhlükəsizliyi tədbirlərində iştirak edəcək və təhlükəsizlik kəmərlərindən istifadə etməyin vacibliyini vurğulayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR